1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Lill"in futbolçusu: "Məğlubiyyət bizim üçün ağır zərbə oldu"
"Qələbə" klubunu təbrik edirəm. Azərbaycanlılar bizə oyuna daha yaxşı hazırlaşan komandanın qələbə qazandığını bir daha sübut etdi". Sportnet.az-ın məlumatına görə, bunu Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ"yə məğlub olaraq (1:1, 0:1) mübarizəni dayandıran Fransanın "Lill" klubunun futbolçusu Renato Çivelli deyib.
Mərkəz müdafiəçisi "Qəbələ"nin qələbə qazanmasını belə şərh edib: "Rəqib bu oyunda elə çıxış etdi ki, sanki sonuncu matçları idi. Top uğrunda mübarizəmiz alınmırdı. Düşünürəm ki, bizdə hücum qurmaq haqda qərarlar yox idi. Boşluqlar olsa da, yararlana bilmədik. Taktiki baxımdan "Qəbələ" çox hazır idi. Bu məğlubiyyət bizim üçün gözlənilməz oldu. "Qəbələ" ilə oyun mənim Avropa Liqasında oynamaq üçün sonuncu şansım idi. İstənilən halda məğlubiyyət bizim üçün ağır zərbə oldu".