1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" üçün 56 yaşlı rəqib
"Qəbələ"nin Avropa Liqasındanın pley-off mərhələsindəki rəqibi "Maribor" klubu Sloveniyanı təmsil edir. Sportnet.az-ın məlumatına görə, 56 yaşlı klub 1991-ci ildən ölkəsinin əsas liqasından aşağı düşməyən üç komandadan biridir.
Komanda 6 dəfə ölkə çempionatı, 5 dəfə ölkə kuboku, bir dəfə isə Sloveniya Super Kubokunun qalibi olub. 1999/2000 mövsümündə Çempionlar Liqasının qrupuna vəsiqə qazanan komanda Sloveniya tarixində bir ilkə atıb.
Əvvəllər keçmiş Yuqoslaviya çempionatında çıxış edən "Maribor"ın 1980/1981 mövsümündə aşağı dəstəyə düşməmək üçün rüşvət verdiyi ortaya çıxıb və komanda üçüncü liqaya göndərilib. Bundan sonra Sloveniyanın müstəqilliyinə qədər (1991) komanda iki və üçüncü liqalarda çıxş edib.
Klub ən çətin günlərini 2004 - 2008 illərində keçirib. Maddi problemlərlə üzləşən "Maribor" dağılmaq təhlükəsi ilə üzləşib. Həmin dönəmdə 4 milyon avro borcu olan klub yeni futbolçular transfer edə bilmədi. 2006-cı ildə 3 milyon avro büdcəsi olan klubun prezidenti dəyişdi və bütün borcların 2011-ci ilədək ödəniləcəyi bildirildi. Bundan sonra klub maddi problemlər aşa bildi.
Klub ev oyunlarını 12 994 azarkeş tutumuna malik "Lyudski" stadionunda keçirir. Komanda yarandıqdan iki il sonra inşa edilən bu stadion 1999 və 2000-ci illərdə təmir olunub. Klubun şüarı "bir klub, bir uğur"dur.