Avropada 2015/16 mövsümünün ən yaxşı futbolçusu olmağa 3 namizədin adı açıqlanıb. Sportnet.az-ın məlumatına görə, bu, fransalı Antuan Qrizmann ("Atletiko Madrid"), portuqaliyalı Kriştianu Ronaldu və uelsli Qaret Beyldir (hər ikisi "Real Madrid"). Bu haqda UEFA-nın rəsmi saytı məlumat yayıb.
Bu üçlük səsvermənin ikinci mərhələsinin nəticəsinə əsasən müəyyənləşib. İlk mərhələ ötən mövsümün "Top-10"nu müəyyənləşdirib. İlkin siyahıda 37 futbolçu yer almışdı. Münsiflər heyətinə UEFA-ya daxil olan 55 milli assosiasiyadan jurnalistlər daxil olub. Onlar 5 ən yaxşı namizədin adını açıqlayıblar. İlk yerin sahibi 5, 2-ci yerin sahibi 4, 3-cü yerin sahibi 3, 2-ci yerin sahibi 2, 5-ci yerin sahibi 1 xal bal alıb.
Xatırladaq ki, ötən il bu mükafatı "Barselona"nın argentinalı hücumçusu Lionel Messi qazanıb. Həmin vaxt üçlükdə uruqvaylı komanda yoldaşı Luis Suares və Ronaldu vardı.