Türkiyənin tanınmış sabiq futbolçusu və deputatı Hakan Şükürün atası saxlanılıb. Sportnet.az-ın məlumatına görə, Sermet Şükür Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində həbs edilib.
Xəbərdə bildirilib ki, sabiq futbolçunun atası İstanbul Şəhər Polis İdarəsinə aparılıb.







































































