"İnter"in baş məşqçisi Zaur Svanadze AZərbaycan Premyer Liqasında "Qəbələ" ilə qolsuz bərabərliklə nəticələnmən matçdan somra mətbuat konfrası keçirib. Sportnet.az-ın məlıumatına görə, gürcü mütəxəssis ilk olaraq oyunu dəyərləndirib.
- Hava necə idisə, oyun da elə alındı. Hər iki komanda aşağı tempdə oynadı. İkinci hissədə yaxşı təsir bağışladıq. "Qəbələ” yaxşı komandadı. Avropa Liqasında onlara uğurlar arzulayırıq. Qarşıdakı oyunlara köklənəcəyik.
- Sizcə, nəticə oyuna görə oldu?
- Rəqib ərazi üstünlüyünə malik olsa da, o qədər də təhlükəli vəziyyətlər yaratmadılar. Məncə, nəticə oyuna görə oldu.
- "İnter”i çempionluğa namizədlərdən hesab etmək olar?
- Hələ ki, çempionatın əvvəlidir. Bu barədə nəsə demək çətindi.
- Sizcə, "Qarabağ”a qarşı oynamaq daha çətin idi, yoxsa "Qəbələ”yə?
- İstəməzdik ki, ilk iki turda bu komandalara qarşı oynayaq. Hər iki komandaya qarşı oynamaq çətindir.
- Ağabala Ramazanov epizodların birində Ürfan Abbasovu vursa da, hakim bu epizodu görmədi. Onun bu hərəkətinə münasbitəniz necədir?
- Həmin epizodu görmədim. Təkrara baxdıqdan sonra fikir bildirə bilərəm. Təbii ki, rəqibi vurubsa, onunla söhbət edəcəyik.
- Penalti epizodu barədə nə deyə bilərsiniz?
- Həmin epizoda çox uzaq idim. Buna görə, dəqiq bir şey deyə bilməyəcəm.