1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Maribor" Bakıya məğlub gəlir
"Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi Sloveniya "Maribor"u ölkə çempionatında növbəti oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, Maribor təmsilçisi səfərdə "Qoritsa" ilə qarşılaşıb.
Matç qonaqların 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib. Hesabı 42-ci dəqiqədə "Maribor"un müdafiəçisi Marko Suler avtoqolla açıb. Qonaqlar 56-cı dəqiqədə Qreqor Bajde ilə hesabı bərabərləşdirib. Meydan sahibləri 67-ci dəqiqədə Miran Burqiçlə qələbə topunu vurub.
Bu qələbə sayəsində xalarını 9-a yüksəldən "Qoritsa "Maribor"u keçib və 4-cü pilləyə yüksəlib. "Qəbələ"nin rəqibi 8 xalla turnir cədvəlində 5-ci pillədə qərarlaşıb və lider, azərbaycanlı futbolçu Samir Məsimovun şərəfini qoruduğu "Domjale"dən 3 xal geri qalır.
Xatırladaq ki, "Qəbələ" ilə "Maribor" arasında ilk oyun avqustun 18-də Bakıda keçiriləcək.