Zlatan İbrahimoviç İngiltərə Premyer Liqasında qol hesabını açıb. Sportnet.az-ın məlumatına görə, 35 yaşlı hücumçu yayda keçdiyi "Mançester Yunayted"in heyətində bu gün ilk turda "Borntmut"la səfər matçında fərqlənib.
İbrahimoviç 64-cü dəqiqədə komandasının 3-cü qoluna imza atıb. Joze Mourinyo "Mançester Yunayted"in baş məşqçisi postunda Premyer Liqada debütündə 3:1 hesablı qələbəyə sevinib.
Xatırladaq ki, İbrahimoviç "Mançester Yunayted"də rəsmi debütndə İngiltərə Super Kubokunda "Lester"ə 2:1 hesabı ilə qalib gəldikləri matçda qol hesabını açıb.