Azərbaycanlı futbolçu Emin Mahmudovun Portuqaliya çempionatında debütü baş tutmayıb. Sportnet.az-ın məlumatına görə, gənc yarımmüdafiəçimiz yeni keçdiyi "Boavişta"nın ilk turda bu gün "Aruka"ya 2:0 hesabı ilə qalib gəldiyi ev oyununda iştirak etməyib. Eminin adı ümumiyyətlə, matçın protokoluna daxil edilməyib. "Boavişta" ilk hissədə vurduğu 2 qolla matçın taleyini həll edib.
Xatırladaq ki, Portuqaliyada legioner həyatı yaşayan digər futbolçumuz - Budaq Nəsirov da yeni komandası olan "Sportinq"in 2:0 hesablı ev qələbəsində "18-liy"ə düşməyib.