"Göteborq"la keçirəcəyi Avropa Liqasının "pley-off" mərhələsinin ilk oyunu üçün İsveçə yollanan "Qarabağ" Götenburq şəhər hava limanında coşqu ilə qarşılanıb. 
Sportnet.az-ın məlumatına görə, İsveçdə yaşayan həmyerlilərimiz komanda üzvlərini görməyə bayraqlarla gəliblər. 
Onlar futbolçulardan avtoqraf alıb, müxtəlif şüarlar səsləndiriblər.
Qeyd edək ki, "Göteborq" - "Qarabağ" matçı avqustun 18-də keçiriləcək. Cavab görüşü bundan bir həftə sonra Bakıda olacaq.









                 





    
    
    
    
    
    
    
    
    






















































