19 yaşadək qızlardan ibarət Azərbaycan millisi Belarusdan olan həmyaşıdları ilə növbəti yoldaşlıq oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Millimizin heyətində Merve Özdemir və Çağla Miray fərqlənib. Komandalar arasındakı ilk yoldaşlıq oyunu millinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, avqustun 14-dən qızlar komandası Belarusun Orşa şəhərində toplanış keçirlər.







































































