1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Darko Milaniç: "Hücum oynamağı sevən komandayıq"
"Məqsədimiz vətənə sərfəli nəticə ilə dönməkdir. Əvvəlcədən nəsə demək çətindir. Ən azından bir səfər qolu vurmaq yaxşı olar". Sportnet.az-ın məlumatına görə, bunu Sloveniyanın "Maribor" klubunun baş məşqçisi Darko Milaniç Avropa Liqasının "pley-off" mərhələsində "Qəbələ" ilə keçiriləcək oyundan öncə baş tutmuş mətbuat konfransında deyib.
48 yaşlı baş məşqçi oyun haqda bunları bildirib: "Rəqibi tanıyırıq. Onlar bu mərhələyə təsadüf nəticəsində gəlməyiblər. Hansı rəqibin düşməsi səndən asılı deyil və hamısına iddialı hazırlaşmaq lazımdır. Çalışıb nəticə əldə etməliyik və inanıram ki, biz bunu bacaracağıq. Heyətimizdə zədəli futbolçu yoxdur. Sadəcə bir futbolçumuz sarı vərəqə limitini doldurduğu üçün sabah meydana çıxa bilməyəcək".
Sloveniyalı mütəxəssis "Qəbələ"nin heyətində güclü futbolçuların olduğunu söyləyib: "İdman direktorumuz Luka Zahoviç Azərbaycan çempionatında "Qəbələ"nin bir oyununu izləyib. Heyətdə yüsək qədər keyfiyyətli futbolçular var. İki yerli futbolçu isə daimi startda yer alır. Ancaq biz əsasən hücum xəttini zərərsizləşdirməliyik. O demək deyil ki, ancaq müdafiəni düşünməliyik. Ümumilikdə komanda üzərində fikrimizi cəmləşdirəcəyik. Öz strategiyamızı müəyyən etməliyik. Oyunun gedişatından asılı olaraq oyun müəyyən oyun şəklinə üstünlük verəcəyik. Biz hücum oynamağı sevən komandayıq. Qriqorçuk hansısa komandanı istəyə bilər. Ancaq onun nə fikirləşdiri mənə maraqlı deyil".
Qeyd edək ki, avqustun 18-də "Dalğa Arena"da keçiriləcək "Qəbələ" - "Maribor" matçı saat 21:00-da başlayacaq.