1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qrup yolunda son addım və ya ötənilki ssenari təkrarlanır
Sabah Azərbaycan avrokubokarda növbəti mərhələdə mübarizəyə başlayacaq. Sportnet.az-ın məlumatına görə, ötən il olduğu kimi, "Qarabağ”la "Qəbələ” Avropa Liqasının pley-offunda ölkəmizi təmsil edəcək. Hər iki komandamız Bakı vaxtilə saat 21:30-da meydana çıxacaq.
Son 3 mövsümdə Azərbaycan Premyer Liqasının qalibi olan Ağdam təmsilçisi Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra Avropa Liqasına yollanıb. Qurban Qurbanovun komandasının budfəki rəqibi İsveçin "Göteborq” klubudur və ilk sınaq səfərdə olacaq.
"Qəbələ” isə ötən mövsümdə olduğu kimi, Avropa Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayaraq pley-offadək irəliləyib və bu dəfə Sloveniyanın "Maribor” klubu ilə üzləşəcək.
Ötən mövsümkü pley-off əyalət təmsilçilərimiz üçün uğurlu alındı. Onların hər ikisinin cütün qalibi olması nəticədə Azərbaycan ilk dəfə qrupda 2 klubla təmsil olundu. "Qarabağ” onda İsveçrənin "Yanq Boyz” klubuna hər 2 oyunda qalib gələ bildisə (evdə 1:0, səfərdə 3:0), "Qəbələ” Yunanıstan "Panatinaikos”u ilə bərabərliyə qaldı (evdə 0:0, səfərdə 2:2). Roman Qriqorçukun komandssı rəqib meydanında vurulan qol sayəsində mərhələni keçdi.
Ötən illə paralelləri aparmaqda davam etsək, onda da "Qarabağ”ın mübarizəyə səfərdə, "Qəbələ”nin isə evdə başladığını görərik. Sadəcə, fərq ondadır ki, qəbələlilər bu dəfə rəqibini "Bakcell Arena”da yox, paytaxtın digər qəsəbə stadionunda – "Dalğa Arena”da qəbul edəcək.
Xatırladaq ki, bu stadionun xidmətindən cari avrokuboklarda "Kəpəz” istifadə edərək, ilk 2 təsnifat mərhələsində orada çıxış etdi.