Yeni mövsümdən Çempionlar Liqasının qrupunda çıxış edəcək Türkiyənin "Beşiktaş" klubu transfer işlərini davam etdirir. Sportnet.az-ın məlumatına görə, İstanbul təmsilçisi Samir Nəsrini heyətə cəlb etmək niyyətindədir.
Artıq məsələ ilə bağlı danışıqlar başlayıb. "Qara Qartallar" Nəsrinin transferi üçün çıxış etdiyi "Mançester Siti" klubuna təklif göndərib. Təklifdə hələ ki, futbolçunun icarə əsasında Türkiyə klubunda çıxış etməsi göstərilib.
29 yaşlı futbolçunun "Beşiktaş"a gələcəyi gözlənilir.