Bakı şəhəri, Xətai rayonundakı məhəllələrin birində AFFA tərəfindən səyyar futbol meydançası quraşdırılıb. Sportnet.az-ən məlumatına görə, meydança təmənnasız olaraq məhəllə sakinlərinin ixtiyarına verilib. Səyyar meydança 2 həftə ərzində həmin ünvanda olacaq.
Qeyd edək ki, səyyar meydança AFFA-nın facebook səhifəsinə daxil olmuş müraciət əsasında quraşdırılıb.









                 






    
    
    
    
    
    
    
    
    


























































