Braziliyanın "Flamenqo" klubunun prezidenti Luis Eduardo Baptista 2025-ci ilin yanvarında "Qarabağ"dan aldıqları futbolçu cəmi bir ildən sonra Juninyonun Meksika "Pumas"ına satılmasını səhv adlandırıb.
Sportnet.az xəbər verir ki, klub rəhbəri hücumçunun komandadan tez göndərilməsi ilə bağlı peşmanlığını etiraf edib.
“Juninyo transferi uğurlu alınmadı. Amma düşünürəm ki, problem futbolçuda deyildi, səhv bizdə idi”, – deyə Baptista bildirib.
O, Leo Pereyra, Mişael, Rodinei və Erik Pulqar kimi oyunçuların da azarkeş sevgisini qazanmaq üçün vaxta ehtiyac duyduğunu vurğulayıb.
Klub prezidenti əlavə edib ki, “Flamenqo” kimi komandada oynamaq böyük təzyiq və məsuliyyət tələb edir.
Qeyd edək ki, Braziliya klubu Juninyonu "Qarabağ"dan 5 milyon avroya transfer etmişdi. Hücumçu “Flamenqo”da 32 oyunda 4 qol vurub. Onun qollarından 3-ü komanda üçün həlledici olub.
Daha sonra Meksika "Pumas"ına satılan futbolçu yeni komandasında 20 oyunda 8 qol və 4 assistlə yadda qalıb.









































































