"Qarabağ"ın kapitanı Rəşad Sadıqov avrokuboklarda təhlükə qarşısındadır. Sportnet.az-ın məlumatına görə, 34 yaşlı müdafiəçi qitəmiqyaslı turnirdə cari mövsümdə 2-ci sarı vərəqəni alıb. Bu, Avropa Liqasının pley-off mərhələsində İsveçdə "Göteborq"la hazırda keçirilən matçın ilk hissəsində olub.
Sadıqov ilk "sarı"sını Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburqun "Düdelanj" klubu ilə səfər matçının 65-ci dəqiqəsində almışdı. "Qarabağ" bu turnirlə vidalaşaraq Avrolqaya yollansa da, futbolçuların aldığı vərəqlər silinmir. Bu isə o deməkdir ki, Rəşad vərəqə limitini aşmaq üzrə olduğundan, cəzalı durumü düşmək təhlükəsi ilə üzləşib.