"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində rəqibi olan İsveçin "Göteborq" klubu ölkə çempionatının XIX turunun oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, "Göteborq" səfərdə "Hammarbü"yə 0:2 hesabı ilə uduzub. Rəqib hər hissədə 1 dəfə oyuna mərkəzdən başlmağa məcbur olub.
"Göteborq" 19 oyundan sonra 32 xal toplayıb və lider "Norçeppinq"dən 9 xal geridədir.
Xatırladaq ki, "Qarabağ"ı ilk oyunda evdə 1:0 hesabı ilə məğlub edən İsveç klubu cavab matçını avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.





































































