Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geydiyi "Aue” Almaniya kubokunda mübarizəni dayandırıb. Sportnet.az-ın məlumatıına görə, bu komanda öz meydanında Bundesliqa təmsilçisi "İnqolştad”la qarşılaşıb.
Oyununnəsas və əlavə vaxtında qapılara qol vurulmadığından qalib penaltilərlə aşkarlanıb. Daha dəqiq olan "İnqolştad”lı 8:7 hesabı ilə qalib gəlib. Sonadək meydanda olan Nazarov penaltini dəqiq yerinə yetirsə də, komandası kubokla vidalaşıb. 









                 





    
    
    
    
    
    
    
    
    





















































