Azərbaycan Premyer Liqasının XXXII turu Ehtiram Şahverdiyev üçün əlamətdar olub.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Kəpəz”in futbolçusu turnirdə 200-cü oyununu keçirib.
Yubiley “Araz-Naxçıvan”la səfər görüşünə (0:2) təsadüf edib.
Şahverdiyev bu qarşılaşmalarda 6 qola imza atıb. Premyer Liqada 2015/2016 mövsümündə “Qəbələ” forması ilə debüt edən 29 yaşlı yarımmüdafiəçi 4 klubda çıxış edib.
Şahverdiyev “Kəpəz”də daha çox – 96 matça (3 qol) çıxıb. O, “Sumqayıt”da 43 (1 qol), “Qəbələ”də 35 (1 qol), “Turan Tovuz”da 26 (1 qol) dəfə meydana çıxıb.






































































