1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Yuventus" millimizə yol yoldaşı oldu
Bakı Olimpiya Stadionunun süni örtüklü meydançasında həvəskar komandalar arasında Mini Futbol Liqasının (MFL-in) təşkil etdiyi "San-Marino Kuboku”nun final matçı keçirilib. Sportnet.az-ın məlumatına görə, həlledici oyunda "Yuventus Baku” "AzFar”la qarşılaşıb. Finalda topa ilk zərbəni millimizin üzvləri - "Zirə"nin futbolçuları Anar Nəzirovla Elvin Məmmədov ediblər.
Maraqlı mübarizə şəraitində keçən matçda sevinən tərəf Azərbaycanın "Qoca Sinyora”sı olub. İlk hissədə 2 qol vuran "Yuventus" fasilədən sonra qapısında 1 top görsə də, qələbə hesabını qoruya bilib.
Matçdan sonra qaliblərin, ən yaxşı nominasiyalarda fərqlənənlərin mükafatlandırılma mərasimi keçirilib. Mərasimdə təşkilatçılarla yanaşı, AFFA-nın baş katibi Elxan Məmmədov, millimizin və "İnter"in hücumçusu Rauf Əliyev iştirak ediblər.
Qeyd edək ki, turnirin qalibi milli komandamızın dünya çempionatının ilk seçmə oyununu - San Marino yığması ilə səfər matçını stadiondan izləmək şansı əldə edib.