"Qəbələ"nin rusiyalı sabiq baş məşqçsii "Lokomotiv" qarşısında ultimatum qoyub. Sportnet.az-ın məlumatına görə, 69 yaşlı rusiyalı mütəxəssis yalnız bir halda keçmiş komandasının vitse-prezidenti olmağa hazırdır. Bunun üçün baş məşqçi Kurban Berdıyev olmamalıdır.
"Dəmiryolçular" əslən Türkmənistandan olan mütəxəssisi "sükanı arxası"na gətirməl haqda ciddi düşünür. Syomin Rusiyada çempionluq qazanmış həmkarının gəlişini istəmir. O bəyan edib ki, uzun illər çalışdırdığı, böyük uğurlar qazandırdığı "Lokomotiv"ə həm məşqçi, həm də klub funksioneri kimi qayıtmağa hazırdır.
Xatırladaq ki, son iş yeri "Rubin"in baş məşqçisi olan Berdıyevin "Spartak"la Rusiya milli komandasının baş məşqçisi postuna gəlişi baş tutmayıb.