1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Sadıqova yaşıl, Uiksə qırmızı işıq
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov avrokuboklarda cari mövsümdə 3-cü sarı vərəqəsini alıb. Sportnet.az-ın məlumatına görə, 34 yaşlı müdafiəçi pley-off mərhələsində İsveçin "Göteborq" klubu ilə hər 2 oyunda, habelə, Lüksemburqun "Düdelanj" klubu ilə səfər matçında xəbərdarlıq alıb.
Ancaq Sadıqov vərəqə limitini aşsa da, cəzalı duruma düşməyib. Çünki qrup mübarizəsi başlayanda təsnifat mərgələsindəki bütün sarı vərəqələr ləğv olunur. Yalnız qırmızı vərəqələr qalır ki, buna görə "Qəbələ" liberiyalı yarımmüdafiəçisi Teo Uiksin xidmətindən qrup mərhələsində ən azı ilk 2 matçda istifadə edə bilməyəcək. Çünki birbaşa "qırmızı"nın cəzası belədir.
"Qəbələ" ötən mövsümdə də pley-offda birbaşa qırmızı vərəqə almışdı. Bu, "Panatinaikos"la Bakıdakı oyunda cəzalanan müdafiəçi Ürfan Abbasov idi. Nəticədə gənc müdafiəçi həm bu rəqiblə Afinadakı cavab oyununu, həm də qrup mərhələsində Yunanıstanın digər təmsilçisi - PAOK-la "Bakcell Arena"dakı matçı buraxmalı olub.
Qeyd edək ki, bu, avrokuboklarda cari mövsümdə 2-ci qırmızı vərəqəmiz olub. İlk belə cəzalanan ""Neftçi"nin makedoniyalı müdafiəçisi Vançe Şikov olub. O, Makedoniyada "Şkendiya"ya 0:1 hesabı ilə uduzduqları cavab matçında 2-ci sarı vərəqə alaraq meydandan çıxarılıb.