1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nika Kvekveskiri: "Uiks üçün oynadıq"
"Oyun gözlədiyimiz kimi çətin alındı. Çünki "Maribor” çox savadlı, yaxşı təlim keçmiş komandadır. Onların vacib beynəlxalq qarşılaşmalarda böyük təcrübəsi var".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Nika Kvekveskiri Sloveniyada "Maribor"la keçirdikləri Avropa Liqasının "pley-off" mərhələsinin cavab görüşündən sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Gürcüstanlı yarımmüdafiəçi bildirib ki, 0:1 hesabı ilə uduzduqları qarşılaşmada rəqibin belə güclü oyununa hazır olublar. Amma qarşılaşmanın sonluğu çox çətin alınıb: "Səbəb azlıqda qalmağımız idi. Matçın sonunadək mübarizə apardıq. Bütün komandaya, Teo Uiksə görə meydan sahiblərinin təzyiqinə davam gətirdik və xeyrimizə olan nəticəni qoruya bildik. Azlıqda qalandan sonra da bir-birimizi ruhlandırırdıq. Meydanda daha çox hərəkət etməyə, mübarizə aparmağa da hazır idik ki, rəqibin say üstünlüyü hiss olunmasın. Həmin anlarda da mərhələ keçəcəyimizə inanırdıq. Çünki baş məşqçimiz bizə hər vəziyyətdə necə mübarizə aparmalı olmaqla bağlı tapşırıqlarını vermişdi. Hər duruma hazır idik. Hətta azlıqda qalacağımız halda da nə edəcəyimizi bilirdik".
Kvekveskiri məğlubiyyətə rəğmən, ilk oyundakı 3:1 hesablı qələbə sayəsində Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmalarına çox sevindiyini bildirib. O, iki komandanın ardıcıl ikinci il qrupda oynamasını Azərbaycan futbolu üçün böyük uğur adlandırıb: "Çox sevinirəm ki, qrup mərhələsinə vəsiqə qazandıq. "Qəbələ” ardıcıl ikinci dəfə bunu bacardı ki, belə nəticə də böyük nailiyyətdir. Sabahkı püşkü gözləyirik. Rəqiblərimizin kimliyi bilinəcək. Qrupda itiriləsi bir şey yoxdur. Artıq öz işimizi gördük. Çalışacağıq ki, öz futbolumuzu oynayaq və qrupdan çıxmaq üçün də mübarizə aparaq. "Qarabağ”ı da qrupa düşməsi münasibətilə təbrik edirəm. İki komandanın ardıcıl iki il Avropa Liqasının qrupunda oynaması Azərbaycan futbolu üçün böyük uğurdur”.