Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə mərhələsində ilk oyun öncəsi heyətlə bağlı ciddi problemlə üzləşib. Sportnet.az-ın məlumatına görə, millimizin aparıcı futbolçularından olan Ruslan Abışov San-Marino yığması ilə sentyabrın 4-də səfərdə keçiriləcəkj rəsmi matçı buraxmalı olacaq.
Buna səbəb "İnter"in 29 yaşlı yarımmüdafiəçisinin zədələnməsidir. Nəticədə yığmanın heyətində dəyişklik olub və Ruslan Bakda start götürən təlim-məşq toplanışını iştirakını dayandırmalı olub.
Xatırladaq ki, Abışov 3 turdan sonra vurduğu 3 qolla Premyer Liqamızın bombardiridir.