Portuqaliya çempionatında 3-cü turun oyunları keçirilir. Sportnet.az-ın məlumatına görə, həmyerlimiz Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" doğma meydanda "Çaves"i qəbul edib.
Matçda 2 dəfə irəli çıxan meydan sahibləri qələbə hesabını qoruya bilməyiblər. Beləliklə qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Xatırladaq ki, həmyerlimiz matçın 18-liyinə belə salınmayıb.