Dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi yenidən ibtidai istintaqa qaytarılıb. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, sabiq futbolçunun ötən həftə ibtidai istintaqı yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Lakin prokurorluq cinayət işini ibtidai istintaqa qaytarılması barədə qərar çıxarıb. İş yenidən ibtidai istintaqda araşdırılacaq.