"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İtaliyanın "Fiorentina" klubu iki futbolçusu ilə vidalaşıb. Sportnet.az-ın Florensiya təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, Stev Leo Belek karyerasını Türkiyə 1-ci liqasında mübarizə aparan "Ürmaniyəspor"da davam etdirəcək.
Türkiyə təmsilçisi 23 yaşlı hücumçu ilə bir illik müqavilə imzalayıb. 2014-cü ildə "Fiorentina" ilə müqavilə imzalayan Belek icarə əsasında İtaliyanın "Krotone", "Mantuya" və Rumıniyanın ÇFR klublarında çıxış edib.
Bundan başqa İtaliya təmsilçisi futbolçusu Freyn Bitunyası da komandadan göndərib. 18 yaşlı hücumçu bundan sonra Xorvatiyanın "Şibenik" komandasında top qovacaq.
Qeyd edək ki, "Qarabağ" J qrupunda "Fiorentina", PAOK (Yunanıstan) və "Slovan" (Çexiya) klubları ilə mübarizə aparacaq.