1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" üçün millimizi qələbəyə həsrət qoyan avstriyalı hakim
Avropa Liqasının qryp mərhələsində "Anderlext" - "Qəbələ" matçının baş hakimi olan avstriyalı FİFA hakimi Harald Lexner Azərbaycan milli komandamıza tanış referidir. Sportnet.az-ın məlumatına görə, 34 yaşlı ədalət təmsilçisi millimizin üç matçını idarə edib. Özü də bunların hamısı xorvatiyalı baş məşqçi Robert Prosineçkinin dövrünə təsadef edib.
Lexner ilk öncə ötən ilin iyununda Avstriyada Serbiya yığmasına 1:4 hesabı ilə uduzduğumuz yoldaşlıq görüşündə baş hakim olub. O, bundan 3 ay sonra millimizin Malta yığması ilə səfərdə 2:2 hesabı ilə nəticələnən rəsmi oyununda ədaləti qoruyub. Nəhayət, bu ilin mayında yenə Avstriyada yoldaşlıq görüşümüzü idarə edən Lexner Andorra ilə qolsuz bərabərliklə nəticələn matçda baş hakim olub. Göründüytü kimi, onun idarə etdiyi hər 3 oyunda Robert Prosineçkinin komandası qələbə üzünə həsrət qalıb.
Qeyd edək ki, Lexner 2010-cu ildə FİFA hakimidir.