
Azərbaycan Kubokunda 2016/2017-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, tədbir oktyabrın 6-da olacaq.
AFFA-nın inzibati binasında keçiriləcək tədbir saat 12:00-da başlayacaq.
Bu il Azərbaycan Kuboku uğrunda 19 komanda yarışacaq. Bunlar "Qarabağ", "Zirə", "Qəbələ", "İnter", "Kəpəz", "Neftçi", AZAL, "Sumqayıt", "Rəvan", "Qaradağ Lökbatan", "Ağsu", MOİK, "Şəmkir", "Zaqatala", "Turan Tovuz", "Bakılı", "Şahdağ", "Şərurspor", "Səbail"dir.