
AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, komitənin üzvləri Ağasəlim Mircavadov və Şakir Qəribov Qəbələ şəhərinə səfər ediblər. Sportnet.az-ın məlumatına görə, səfərin məqsədi AFFA-nın təşkil etdiyi bütün yaş qrupları üzrə liqalarda çıxış edən komandaların məşq və oyunlarını izləməkdir.






