
"Biz Azərbaycanda böyük idman yarışlarına ev sahibliyi etmişik. 500 milyon auditoriyası olan "Formula-1" yarışını keçirmişik. Özü də "Formula-1” qrupunun rəhbərləri də qeyd etdilər ki, ən gözəl yarış Azərbaycanda keçirildi".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Ölkə başçısı sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bunları bildirib: "İlk dəfə olaraq Azərbaycanda ən yaxşı təşkil edilən Ümumdünya Şahmat Olimpiadası keçirildi. Bu olimpiadaya bütün dünyadan - 200-ə yaxın ölkədən nümayəndələr gəlmişdi".