Avropa Liqasının C qrupunda "Qarabağ" və Yunanıstan PAOK-u arasında keçiriləcək oyuna maraq gözləniləndən azdır. Sportnet.az-ın məlumatına görə, artıq bəzi azarkeşlər tribunalarda öz yerlərini alsalar da, əksər yerlə boş qalıb.
Həmişə olduğu kimi bu dəfə də "qara bazar" öz işindədir. Biletlər metronun "Gənclik" stansiyasının qarşısında müxtəlif şəxslər tərəfindən 2, 3 və 5 manata satılır.
Qeyd edək ki, oyun saat 21:00-da başlayacaq.