Topaz Premyer Liqasının IX turunda "İnter” ilə keçiriləcək oyun üçün "Kəpəz” bu gün Gəncəyə gəlib. Sportnet.az-ın məlumatına görə, komanda oyunun keçiriləcəyi şəhər stadionunda son məşqə çıxıb.
Hazırlıq prosesi uzun sürməyib. Futbolçular təxminən 45 dəqiqə yüngül formada məşq ediblər.
"İnter”ə qarşı görüşdə zədəli olan Şəhriyar Əliyev, Dario Frederiko və Vüqar Bəybalayev komandaya kömək edə bilməyəcək.