"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan Çexiyanın "Slovan" klubu bu gün ölkə çempionatında XI turun matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, Liberets təmsilçisi evdə "Hradek"ə 2:0 hesabı ilə qalib gəlib.
Oyunun qəhrəmanı 10 dəqiqəyə (69 və 79-cu dəqiqələrdə) dubl edən yarımmüdafiəçi Daniel Bartl olub. Bir oyun az keçirən "Slovan" 12 xalla turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.