"Bizim üçün hər bir rəqiblə, o cümlədən "Sumqayıt"la oyun çətin olacaq. Bu komanda ilə qarşılaşmalar həmişə heç də asan olmur". Bu fikirləri Sportnet.az-a açıqalamsında "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bildirib. Azərbaycan Premyer Liqasının IX turunda sabah "Sumqayıt"ın qonağı olacaq "qırmızı-qaralar"ın çalışdırıcısının fikrincə, oyunun sintetik örtüklü meydançada keçirilməsi əlavə problem yaradır: "Biz bi amili da yaxşı başa düşürük. Süni qazon əlavə çətinlik yaradır. Başa düşürük ki, hər şey bizim üçün heç də asan olmayacaq. Ancaq müəyyən düzəlişlər edərək ən yaxşı şəkildə oynamağa və təbii ki, qalib gəlməyə köklənmişik".
"Qəbələ"nin üzləşdiyi daha bir çətinlik zədəli futbolçularının çoxluğu ilə bağlıdır. Ukraynalı mütəxəssis futbolda zədədən yan qaçmağın çox çətin olduğunu anlamağın vacibliyini bildirib: "Bu zədələr həmişə adamı məyus edir. Ancaq bu haqda danışmağın mənası yoxdur. Başa düşürük ki, belə vəziyyətdə komandamızda olan digər futbolçular şans qazanırlar. Onlara özlərini necə göstərəcəklərinə baxmaq maraqlıdır. İnanıram ki, şans qazananlar özlərini ən yaxşı tərəfdən göstərəcəklər. Buna görə zədə məsələsinə sakit yanaşırıq. Yalnız o haqda fikirləşirik ki, hər bir futbolçumuz sabah əla oynasın".
Qriqorçuk meydana çıxmayacağı dəqiq olan zədəliləri açıqlayıb: "Bunlar Baqali Dabo, Rəşad Sadiqov, Elvin Camalov və Nika Kvekveskiridir. Uuzn müddətdir oynayaman Nika artıq məşqlərə başlasa da, hələ hazır deyil. Digər zədədən əziyyət çəkənlərin meydana çıxması sual altındadır. Üstəlik, sinterik meydançada oynamağımız zədə riskini artırır. Biz sabah oyundan öncə futbolçuları bir daha gözdən keçirəcəyik. Kiçik də olsun problemi, meydana çıxmağı risk altında olan futbolçuları oynatmayacağıq. Çünki qarşıdakı çox vacib oyunlarımız var və bu üzdən problemli futbolçuları meydana buraxmayacağıq. Sergey Zenyovun durumuna sabah baxacağıq. Görsək ki, onun da problemi var, heyətdə yer verməcəyik. Biz hazır olan futbolçulara güvənəcəyik".
"Qəbələ"nin baş məşqçisi Peşəkar Futbol Liqasına sifariş etdikləri Cavid Hüseynovdan da söz açıb. O, 14 aydır komandadan kənarda olan təcrübəli yarımmüdafiəçinin hazırkı vəziyyətindən razı qaldığını gizlətməyib: "Prinspicə, Cavidlə bağlı ehtimallarımızı sizə demişdim. Allaha şükür ki, onlar təsdiqini tapır. Hüseynov hazırda yaxşı təsir bağışlayır. O, formasını yığır. Başü düşürsünüz ki, emosional baxımdan özünü çox yaxşı hiss edir. Cavid oynamağı çox istəyir. Fikrimcə, bu, ona yaşıl meydana tez qayıtmağa kömək edəcək. "Sumqayıt"la matçda necə olacağı ilə bağlı qərarı isə sabah verəcəyik. Bu gün sizə dəqiq bir şey bilmərəm. Sabah heyətlə bağlı söhbətləşəcəyik, səhər futbolçuları bir daha nəzərdən keçirəndən sonra yekun qərarımızı verəcəyik. Cavidin sabahkı oyunda heyətdə olacağını, ehtiyat oyunçular skamyasında yer alacağını istisna etmirəm".