1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
PAOK-un zədəliləri qayıdır
Avropa Liqasının IV turunda "Qarabağ"ı qəbul edəcək Yunanıstan PAOK-u oyunun hazırlığını davam etdiri. Sportnet.az-ın klub saytına istinadən məlumatına görə, Saloniki təmsilçisi hazırlığı tam heyətlə keçə bilmir.
Xüsussi proqramla hazırlaşan PAOK-un heyətində Yevgen Şaxov zədəlidir. Yarımmüdafiəçi ölkə çempionatının son turunda "Olimpiakos"la baş tutmuş görüşün sonlarına yaxın zədələnərək meydanı tərk edib. MRT müayinəsindən sonra futbolçunun ayaq bağlarında yüngül zədə aşkarlanıb. Ukraynalı futbolçu baş məşqçi Vladimir İviçin tapşırığına əsasən xüsusi proqramla işləyir. Baş məşqçi futbolçunun bazar günü ölkə çempionatının IX turunda AEK-lə keçiriləcək matça qədər hazır olacağına gözləyir.
Komandanın zədəli olan digər yarımmüdafiəçisi Dimitris Pelkas hazırda bərpa prosesi keçir. Növbəti həftədən Pelkas komanda ilə birgə məşqlərə qoşulacaq.
Bir müddətdir zədədən əziyyət çəkən müdafiəçi Giorgos Tzavellas bu gündən məşqləri bərpa edəcək. Digər müdafiəçi Marin Leovatsın isə sağ bud əzələsində ağrı hiss etdiyindən MRT müayinəsinə göndərilib.
Qeyd edək ki, noyabrın 3-də keçiriləcək PAOK - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.