"Qəbələ”nin sabiq kapitanı Cavid Hüseynov 445 gündən sonra yaşıl meydana qayıdıb. Sportnet.az-ın məlumatına görə, jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilərək 14 ay həbsdə qalmalı olan 28 yaşlı yarımmüdafiəçi ilk matçını bu gün Azərbaycan Premyer Liqasının IX turunda "Sumqayıt”la səfər matçında keçirib. Cavid oyunun dəqiqəsində 83-cü dəqiqəsində Asif Məmmədovun əvəzinə meydana daxil olub.
Hüseynov sonuncu rəsmi matçımı 2015-ci ilin avqustun 7-də Avropa Liqasının IIItəsnifat mərhələsində Kiprin "Apollon” klubuna "Bakcell Arena"da 1:0 hesabı ilə qalib gəldikləri cavab matçında keçirib. Həmin oyunun 80-ci dəqiqəsində penaıtidən vurduğu qolla komandasına pley-offa vəsiqəni verən qələbəni qazandıran futbolçu məhz bu matçdakı olaydan az sonra həbs olunub. Nəitcə o, ötən çempionatdan kənarda qalmaq məcburiyyətində qalıb.
Cavid Premyer Liqada sonuncu matçın 2014/15 mövsümün son turunda "Bakı”ya qaşı keçirib. Bu, mayın 28-də dövlət bayramına - Azərbaycan Demokratik Respublikasının yaranması gününə təsadüf etmişdi. Qəbələdə keçirilən həmin oyunda 3:0 hesabı ilə qalib gələn "qırmızı-qaralar” arcıdıl 2-ci çempionatın bürünc medalçısı olmuşdu. Hüseynov həmin oyunda əsas heyətdə meydana çıxsa da, indiki kimi kapitan olmamışdı. Çünki sarğı "Qəbələ”dən son oyunu keçirən seneqallı bombardiri Viktor Mendiyə görə rəzmi olaraq verilmişdi. Beləliklə, Hüseynov 516 gündən donra milli çempionatımıza qayıdıb.
Qeyd edək ki, Cavid oktyabrın 12-də həbsdən azad olunub. O, ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilmişdi. Hüseynov may ayının 31-də Səbail Rayon Məhkəmənin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilsə də, sonradan cəzası 1 il 2 aya endirilib. Həmin müddət bitdiyindən, oktyabrın 12-də məhkəmə zalından azadlığa buraxılıb.