AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının son turunda baş verənlərlə bağlı klubları cərimələyib. Sportnet.az-ın məlumatına görə, "İnter", "Zirə" və "Qəbələ" klubları cəriməyə məruz qalıb.
"Kəpəz"lə oyunda "İnter"in 6, AZAL-la görüşdə "Zirə"nin 4, "Sumqayıt"la matçda isə "Qəbələ"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 800 manat cərimə olunb.
Sumqayıtda baş tutmuş görüşün 90+3-cü dəqiqəsində "Qəbələ"nin futbolçusu Sadiq Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat ziyana düşüb.