"Öz ölkəmin Prezidenti və Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevlə görüşdüyüm üçün çox şadam. Azərbaycan Prezidenti tərəfindən Xorvatiyanın dövlət başçısının şərəfinə verilən ziyafətdə iştirak etdiyim üçün böyük fəxr hissi keçirirəm".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki yığma və özü barədə Prezident İlham Əliyevin səsləndirdiyi xoş sözlərlə bağlı affa.az-a açıqlamasında deyib.
R.Prosineçki bildirib ki, dövlət başçısının millinin nəticələrindən razı olması, Xorvatiyanın Azərbaycanda ən yaxşı səfiri adlandırılması onu sevindirir və qürurlandırır: "Bu, mənim üçün böyük şərəfdir və buna görə təşəkkür edirəm. Haqqımızda deyilən xoş sözlər, eyni zamanda, bizim üçün böyük məsuliyyətdir. Qarşıdakı oyunlarda bu etimadı doğrultmağa çalışacağıq”.