Azərbaycan Premyer Liqasının X turunda "Neftçi” ilə üz-üzə gələcək "Qəbələ” tarixində 37-ci dəfə bu rəqiblə qarşılaşacaq. Sportnet.az-ın məlumatına görə, rəqiblər indiyədək 36 dəfə üz-üzə gəlib.
Bu matçlarda 11 dəfə qələbə qazanan "qırmızı-qaralar” 11 heç-heçə ilə kifayətlənib və 14 dəfə meydanı məğlub tərk edib. 89 qolun vurulduğu duellərdə bakılılar üstünlüyə malikdir – 46:43. Qəbələ şəhər stadionunda vurulacaq ilk qol bu matçlarda 90-cı olacaq.
Baş tutan 36 matçdan 33-ü Premyer Liqaya təsadüf edib. Hesabında 8 qələbə və 8 heç-heçə olan "Qəbələ” 11 yenilgi alıb. 40 dəfə rəqib qapısına yol tapan komanda 43 top buraxıb. Kubokdakı hər üç matç isə eyni – 1:1 hesabı ilə nəticələnib. Bu üç heç-heçədən ikisində - bir dəfə final, bir dəfə yarımfinalın cavab oyununda qalib penaltilərlə müəyyənləşib. Hər iki halda bakılılar üstün olub. Lakin ümumi balansda bu seriya nəzərə alınmayıb.
18-ci dəfə "Neftçi” ilə matça ev sahibliyi edəcək "Qəbələ” əvvəlki 17 oyunda 4 dəfə qalib gəlib. 5 heç-heçə edən "qırmızı-qaralar” 8 dəfə məğlub olub. Bu qarşılaşmalarda meydan sahibləri 18, qonaqlar 24 top vurub.
"Qəbələ” – "Neftçi” matçları ilə bağlı məqamlardan biri ilk dövrədəki görüşlə bağlıdır. Roman Qriqorçukun komandasının8:0 hesablı səfər qələbəsi "qırmızı-qaralar"ın tarixində ən böyükhesablı çempionat qələbəsi, bakılıların isə Premyer Liqada ən ağır məğlubiyyətidir. Bundan başqa, "Qəbələ"nin 5 matçlıq seriyaları diqqət çəkir. Belə ki, son beş görüşdə meydanı qolsuz tərk etməyən komanda məğlub da olmayıb.
2006/07
30.09.2006 Premyer Liqa Neftçi (Bakı) - Gilan (Qəbələ) 4:1
03.04.2007 Premyer Liqa Gilan (Qəbələ) - Neftçi (Bakı) 1:4
2007/08
26.08.2007 Premyer Liqa Neftçi (Bakı) - Qəbələ 2:0
02.03.2008 Premyer Liqa Qəbələ - Neftçi (Bakı) 2:3
2008/09
24.08.2008 Premyer Liqa Qəbələ - Neftçi (Bakı) 0:1
01.03.2009 Premyer Liqa Neftçi (Bakı) - Qəbələ 0:0
2009/10
21.10.2009 Premyer Liqa Qəbələ - Neftçi (Bakı) 1:0
10.12.2009 Premyer Liqa Neftçi (Bakı) - Qəbələ 1:1
03.04.2010 Premyer Liqa Neftçi (Bakı) - Qəbələ 1:2
09.05.2010 Premyer Liqa Qəbələ - Neftçi (Bakı) 0:0
2010/11
15.08.2010 Premyer Liqa Qəbələ - Neftçi (Bakı) 0:2
21.11.2010 Premyer Liqa Neftçi (Bakı) - Qəbələ 0:0
2011/12
18.09.2011 Premyer Liqa Neftçi (Bakı) - Qəbələ 2:0
20.11.2011 Premyer Liqa Qəbələ - Neftçi (Bakı) 1:0
11.03.2012 Premyer Liqa Qəbələ - Neftçi (Bakı) 4:1
11.05.2012 Premyer Liqa Neftçi (Bakı) - Qəbələ 0:1
2012/13
18.08.2012 Premyer Liqa Neftçi (Bakı) - Qəbələ 3:0
03.11.2012 Premyer Liqa Qəbələ - Neftçi (Bakı) 2:1
21.04.2013 Premyer Liqa Neftçi (Bakı) - Qəbələ 2:1
14.05.2013 Premyer Liqa Qəbələ - Neftçi (Bakı) 1:1
2013/14
04.10.2013 Premyer Liqa Qəbələ - Neftçi (Bakı) 1:2
15.12.2013 Premyer Liqa Neftçi (Bakı) - Qəbələ 2:1
09.03.2014 Premyer Liqa Qəbələ - Neftçi (Bakı) 1:2
02.05.2014 Premyer Liqa Neftçi (Bakı) - Qəbələ 1:2
22.05.2014 Azərbaycan kuboku Qəbələ - Neftçi 1:1, p.2:3
2014/15
21.09.2014 Premyer Liqa Qəbələ - Neftçi 0:0
29.11.2014 Premyer Liqa Neftçi (Bakı) - Qəbələ 0:0
15.02.2015 Premyer Liqa Qəbələ - Neftçi (Bakı) 1:3
17.04.2015 Premyer Liqa Neftçi (Bakı) - Qəbələ 1:3
2015/16
17.10.2015 Premyer Liqa Neftçi (Bakı) - Qəbələ 0:1
13.12.2015 Premyer Liqa Qəbələ - Neftçi (Bakı) 0:1
05.03.2016 Premyer Liqa Neftçi (Bakı) - Qəbələ 1:2
27.04.2016 Azərbaycan kuboku Neftçi (Bakı) - Qəbələ 1:1
01.05.2016 Premyer Liqa Qəbələ - Neftçi (Bakı) 2:2
04.05.2016 Azərbaycan kuboku Qəbələ - Neftçi (Bakı) 1:1, p.3:4
2016/17 10
.09.2016 Premyer Liqa Neftçi (Bakı) - Qəbələ 0:8