1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin rəqibi azlıqda qalan komandadan üstün oldu
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsində rəqibi olan Belçikanın "Anderlext" klubu ölkə çempionatında növbəti qələbəsini qazanıb. Sportnet.az-ın məlumatına görə. Brüssel təmsilçisi bu gün XII turun "Mexelen"lə ev oyununda 2:0 hesabı ilə qalib gəlib.
Oyun qonaqlar üçün çox uğursuz alınıb. Belə ki, "Mexelen" 6-cı dəqiqədə penaltidən dəqiq istifadə edə bilməməyi azmış kimi, ilk hissənin son dəqiqəsində futbolçusu qırmızı vərəqə aldığına görə azlıqda qalıb. Bunadək 31-ci dəqiqədə meydan sahiblərinin polşalı hücumçusu Lukaş Teodorçuk hesabı açıb. Matçın 81-ci dəqiqəsində isə Turi Tielemans penaltidən hesabı 2:0 edib.
"Anderlext" 12 oyundan 24 xalla 2-ci pillədə qalıb və lider "Varegem"dən 2 xal geridədir.