"Hər dəfə meydana çıxanda komandama kömək etməyə, qazanılacaq uğurda pay sahibi olmağa çalışıram". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Tural Qürbətov klub saytına açıqlamasında deyib.
O, baş məşqçinin tapşırığına əsasən istənilən mövqedə oynamağa hazır olduğunu bildirib: "İnter"lə sonuncu oyunumuzda fərqlənməyə yaxın olsam da, qapıya dəqiq zərbə endirə bilmədim. Yaxşı, mübarizəli oyun oldu. İlk yarıda daha yaxşı çıxış etdik. Yarımmüdafiənin cinahında yer almışdım. Bu mövqe mənə yad deyil, ümumiyyətlə, futbolçu məşqçinin dediyi istənilən yerdə oynamağa hazır olmalıdı. Çempionat uzundur, hələ qarşıda çoxlu oyunlar var. Şans verildikcə, oynayıb özümü göstərməyə çalışacağam".
Qeyd edək ki, Qürbətov Premyer Liqanın IX turunda "İnter"lə ev oyununda ikinci dəfə start heyətində yer alıb. O, daha öncə elə Bakı klubu ilə ilk dövrədəki səfər matçında oyuna start "11-liy”ində başlayıb.