Millimizin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor"a hədiyyə verilib. Sportnet.az-ın məlumatına görə, Trabzon təmsilçisinin sponsorlarından olan "Doğuş Otomotiv” şirkəti klubun bazasına 12 ədəd "Audi” markalı avtomobil göndərib.
Bunlardan 9-u A3, 2-si A4, 1-i isə A7 modelində "Audi” olub. Klub rəhbərliyi həmin maşınları əsas komandanın texniki heyəti və futbolçularının ixtiyarına verib. (qol.az)