"Neftçi” müdafiəçi Mahir Şükürovun adını Azərbaycan Premyer Liqasının və ölkə kubokunun sifariş vərəqinə daxil edib. Sportnet.az-ın məlumatına görə, bunun üçün lazımı sənədlər əldə edilərək Peşəkar Futbol Liqasına təqdim olunub.
Təcrübəli futbolçunun adı "Qəbələ” ilə sabah keçiriləcək səfər oyununun protokoluna da daxil edilə bilər. 34 yaşlı Şükürov "Neftçi"də əvvəl olduğu kimi, "22 nömrə"li formanı geyinəcək.
Xatırladaq ki, Mahir karyerasında 3-cü dəfə "ağ-qara" formanı geyinəcək. O, bir vaxtlar "Qəbələ"də də oynayıb.