1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Muarem Muarem: "Qolda topa baxırdım, ofsaydda olmağıma yox" - MÜSAHİBƏ
"Qarabağ"ın makedoniyalı legioneri Muarem Muarem Premyer Liqamızda X turda AZAL-a səfərdə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra brifinq keçirib. Oyunda yeganə qolun müəllifi olan yarımmüdafiəçi Sportnet.az-ın qarşılaşmada olan əməkdaşının da suallarını cavablandıırıb.
- Oyun haqda nə deyə bilərsən?
- AZAL bizə qarşı çox aqressiv oynayırdı. Matçın əvvəlində problem yaşadıq. Bu da qazonla bağlı idi. Biizm üçün çox önəmli olan 3 xalı qazandıq. Çünki liderlə xal fərqinin artmasına imkan verməməli idik. Yolumuza belə davam etməyimiz lazımdır.
- Süni örtükdən şikayətləndin. Oynamaq nə dərəcədə çətin idi?
- Birmənalı olaraq çətin idi. "AZAL Arena"dakı süni qazon Azərbaycanda digər belə meydançalardan fərqlidir. Həqiqətən bizim üçün pis idi. Ayaqlarımız ağrıyırdı. Ancaq birinci dəfə deyil ki bu meydançada oynayırıq. Həm AZAL, həm də "Qarabağ" eyni vəziyyətdə idi. Qazonun çətinlik yaradacağını əvvəldən bilirdik. Buna görə hazırlaşmışdıq. Sadəcə, rəqibin 90 dəqiqə aqressiv oynamaları gözlənilən deyildi. Ancaq buna da hazır idik. Bir qol imkanımız oldu, onu da dəyərləndirdik. Sonra 2-3 imkanımız oldu, ancaq fərqlənə bimədik.
- Qol epizodunda kənardan bəzi şübhələr yarandı ki, ofsaydda ola bilərdin. Bəs sən bu haqda nə düşünürsən?
- Bilmirəm. Çünki həmin epizodda topa baxırdım, ofyadda olmağıma yox. Bazamıza gedəndən epizodu izləyəcəyəm.
- Sıx qrafikdə oynayırsınız. Bu komandanın fiziki durumuna necə təsir edir? Yorğunluq varmı?
- Birmənalı şəkildə. Sıx qrafiki əvvəldən bilirdik. Ancaq baş məşqçimiz bizi yaxşı şəkildə hazırlayır. Bəzi futbolçulara şans verir, bəzilərinə istirahət. Qarşıda çox önəmli matçımız var. Yaxşı istirahət edib ona çıxmaq lazımdır.
- Bu sıx qrafikdə PAOK-la bacarmaq mümkün olacaq?
- Bir problem olacağını düşünmürəm. Beş günümüz var. Yaxşı dincələcəyik. Bu, bizim üçün çox önəmlidir. Bundan sonra PAOK-la oyuna yaxşı hazır olacağıq.