11-ci start
Bu həftə Topaz Premyer Liqasında 2014/15 mövsümünə start veriləcək. 2004-cü ildə yaranan "Xəzər Lənkəran” tarixində 11-ci dəfə mükafatlar uğrunda mübarizəyə qoşulacaq. Sportnet.az-ın məlumatına görə, 2006/07 mövsümündə qazanılan qızıl medal hələ ki, komandanın yeganə çempionluq tituludur. Bundan başqa, 2004/05, 2010/11 və 2011/12-ci illərdə də mükafatçılar sırasına daxil olan "ağ-yaşıllar”ın hesabında 3 gümüş medal da var.
2007/08, 2008/09 və 2009/10 mövsümlərində, ardıcıl 3 dəfə mükafatların bir addımlığında qalan cənublular həmin çempionatları 4-cü bitirmişdi. Digər 3 mövsüm isə klub tarixinin uğursuz çempionatları sayılır. 2013-14 mövsümündə 6-cı, 2005/06 mövsümündə 7-ci olan "Xəzər Lənkəran” 2012/13 mövsümündə 9-cu olub.
Mövsüm |
Turnir |
O |
Q |
H |
M |
T/F |
X |
2004/05 |
Çempionat |
35 |
24 |
6 |
5 |
66-17 |
78 |
2005/06 |
Çempionat |
26 |
9 |
9 |
8 |
27-18 |
36 |
2006/07 |
Çempionat |
24 |
17 |
5 |
2 |
50-16 |
56 |
2007/08 |
Çempionat |
26 |
14 |
10 |
2 |
44-16 |
52 |
2008/09 |
Çempionat |
26 |
15 |
5 |
6 |
49-21 |
50 |
2009/10 |
Çempionat - I mərhələ |
22 |
12 |
8 |
2 |
29-11 |
44 |
2009/10 |
Çempionat – II mərhələ |
10 |
3 |
3 |
4 |
11-10 |
12 |
2010/11 |
Çempionat - I mərhələ |
22 |
14 |
5 |
3 |
28-12 |
47 |
2010/11 |
Çempionat – II mərhələ |
10 |
2 |
7 |
1 |
10-6 |
13 |
2011/12 |
Çempionat - I mərhələ |
22 |
13 |
5 |
4 |
33-19 |
44 |
2011/12 |
Çempionat – II mərhələ |
10 |
4 |
3 |
3 |
11-9 |
15 |
2012/13 |
Çempionat – I mərhələ |
22 |
7 |
7 |
8 |
32-27 |
28 |
2012/13 |
Çempionat – II mərhələ |
10 |
3 |
3 |
4 |
8-10 |
12 |
2013/14 |
Çempionat |
36 |
12 |
13 |
11 |
44-49 |
49 |
Əvvəlki 10 mövsümdə 300-dən artıq oyun keçirən "Xəzər Lənkəran” bu matçların təxminən yarısında qələbə qazanıb. AZAL-la görüş 150-ci çempionat qələbəsi kimi tarixə düşə bilər. "Ağ-yaşıllar” öz meydanında daha yaxşı göstəricilərə malik olsa da, səfərdə də müsbət balansa malikdir.
O |
Q |
H |
M |
T/F |
X |
|
Evdə |
150 |
86 |
45 |
19 |
252-96 |
303 |
Səfərdə |
150 |
63 |
44 |
43 |
189-143 |
233 |
-Neytral meydanda |
1 |
0 |
0 |
1 |
1-2 |
0 |
-cəmi |
301 |
149 |
89 |
63 |
442-241 |
536 |
301 çempionat oyununda "Xəzər Lənkəran”ı meydana 16 məşqçi çıxarıb. Onlar arasında ən yüksək göstəricilər Ağasəlim Mircavadova məxsusdur. Təcrübəli mütəxəssis daha çox – 82 qarşılaşmada komandaya rəhbərlik edib. 16 çalışdırıcıdan 11-i baş məşqçi, 5-i isə bu vəzifəni icra edən kimi komandanı meydana çıxarıb. Onlardan 6-sı yerli, 10-u legioner mütəxəssisdir.
Baş məşqçi |
O |
Q |
H |
M |
T/F |
X |
Ağasəlim Mircavadov |
82 |
46 |
26 |
10 |
134-53 |
164 |
Rasim Kara |
44 |
29 |
5 |
10 |
83-27 |
92 |
Mirça Rednik |
47 |
24 |
16 |
7 |
58-34 |
88 |
Mustafa Dənizli |
20 |
8 |
7 |
5 |
31-27 |
31 |
Yunis Hüseynov |
19 |
7 |
7 |
5 |
24-17 |
28 |
Viktor Pasulko |
13 |
7 |
6 |
0 |
19-5 |
27 |
Con Toşak |
23 |
6 |
8 |
9 |
18-29 |
26 |
İqor Ponomaryov |
13 |
7 |
3 |
3 |
25-9 |
24 |
Nazim Süleymanov |
13 |
5 |
4 |
4 |
13-11 |
19 |
Cüneyt Biçər |
8 |
5 |
1 |
2 |
13-4 |
16 |
Karles Martorell |
10 |
3 |
2 |
5 |
13-16 |
11 |
Emin Quliyev (i.e.) |
3 |
1 |
1 |
1 |
6-3 |
4 |
Oğuz Çətin (i.e.) |
1 |
1 |
0 |
0 |
2-1 |
3 |
Şenol Fidan (i.e.) |
3 |
0 |
1 |
2 |
0-2 |
1 |
Hafiz Əliyev (i.e.) |
1 |
0 |
1 |
0 |
2-2 |
1 |
Covanni Melkiorre (i.e.) |
1 |
0 |
1 |
0 |
1-1 |
1 |
Premyer Liqa tarixində 165 futbolçu "Xəzər Lənkəran” forması geyib. Onlar arasında mütləq rekord Rahid Əmirquliyevə məxsusdur. Onun hesabında 206 oyun var. Daha 4 futbolçu çempionatda 100-dən artıq matçda "ağ-yaşıllar”ın şərəfini qoruyub. Ən çox oyun keçirən 10 futbolçudan 7-si yerli, 3-ü legionerdir.
Yer |
Futbolçu |
Oyun |
1. |
Rahid Əmirquliyev |
206 |
2. |
Radomir Todorov |
142 |
3. |
Alim Qurbanov |
130 |
4. |
Kamran Ağayev |
122 |
5. |
Rəşad Abdullayev |
115 |
6. |
Elnur Abdullayev |
99 |
7. |
Elnur Allahverdiyev |
78 |
8. |
Adrian Pit |
75 |
9. |
Sadio Tounkara |
74 |
10. |
Emin Quliyev |
70 |
"Xəzər Lənkəran”ın çempionatda vurduğu qollara 82 futbolçu imza atıb. Daha 5 rəqib oyunçu da cənublular üçün avtoqol müəllifi olub. Komandanın ən məhsuldar qolçusu Zaur Ramazaqnov Premyer Liqada 33 dəfə fərqlənib. 11 və daha çox qol vurmaq isə 11 futbolçuya nəsib olub. Onlardan 5-i yerli, 6-sı əcnəbi oyunçudur.
Yer |
Futbolçu |
Qol |
1. |
Zaur Ramazanov |
33 |
2. |
Samir Əliyev |
24 |
3. |
İvan Tsvetkov |
22 |
4. |
Mario Souza |
18 |
5-6. |
Rahid Əmirquliyev |
17 |
Oqtay Dərəlioğlu |
17 |
|
7. |
Rəşad Abdullayev |
12 |
8-11. |
Alim Qurbanov |
11 |
Sadio Tounkara |
11 |
|
Allan Lalin |
11 |
|
Etame Mbilla |
11 |