1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Asim Xudiyev üçün Estrada
Azərbaycanlı FİFA hakim-inspektoru Asim Xudiyevin Avropa Liqasının qrup mərhələsinin IV tur matçında ispaniyalı hakimlər briqadasının işini qiymətləndirəcək.
Sportnet.az-ın məlumatına görə, Avstriyada "Austria" ilə İtaliya "Roma"sı arasında keçiriləcək qarşılaşmanın baş hakimi Xavyer Estrada Fernandes olacaq.
Ona Migel Martines Munuera və Teodoro Sobrino Maqan yan xətt, Alexandro Xose Ernandes Ernandes və Rikardo De Burqos Benqoetçea əlavə köməkçi, Xavyer Agilar Rodriges isə dördüncü hakim qismində yardımçı olacaq. UEFA nümayəndəsi isə şotlandiyalı Kempbell Ogilvidir. Noyabrın 3-də Vyanadakı "Ernst Happel" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
Qeyd edək ki, eyni gündə "Qəbələ"nin Fransa "Sent-Etyen"i ilə keçirəcəyi görüş ispaniyalı, "Qarabağ"ın Yunanıstanda PAOK-la oynayacağı qarşılaşma şotlandiyalı hakimlər briqadasına tapşırılıb.