
"Bu, bizim üçün önəmli oyundur. Onsuz da həftədə 2-3 oyuna çıxmağa öyrəşmişik". Sportnet.az-ın məlumatına görə, bunu Avropa Liqasının J qrupunda çıxış edən Yunanıstan PAOK-unun futbolçusu Qarri Rodriges deyib.
Avroliqanın IV turunda "Qarabağ"ı qəbul edəcək Saloniki təmsilçisinin 25 yaşlı yarımmüdafiəçisi "Qarabağ"la oyununda qələbə qazanmağa çalışacaqlarını bildirib: "İrəli getmək üçün qalib gəlmək istəyirik. "Qarabağ"la oyunda 3 xal qazanmağa hazırlaşırıq".
Qeyd edək ki, PAOK - "Qarabağ" oyunu Bakı vaxtı ilə noyabrın 4-də saat 00:05-də keçiriləcək.