
Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qəbələ” - "Sent-Etyen” matçından bir öncə keçiriləcək baş məşqçilərin mətbuat konfranslarının vaxtı açıqlanıb. Spportnet.az-ın məlumatına görə, noyabrın 2-də ilk olaraq jurnalistlər qarşısına Roman Qriqorçuk çıxacaq.
"Qəbələ"nin ukraynalı baş məşqçisinin mətbuat konfransı saat 18:15-də "Bakcell Arena"nın media zalında start götürəcək. Saat 19:30-da isə Fransa klubunun baş məşqçisi Kristof Qaltye media nümayəndələrinin suallarını cavablandıracaq.
Komandaların oyunöncəsi son hazırlıqları da həmin stadionda olacaq. "Qəbələ” 19:00-da, "Sent-Etyen” 20:00-da son məşqini keçirəcək.
Xatırladaq ki, "qırmızı-qaralar" Fransa təmsilçisi ilə noyabrın 3-də "Bakcell Arena"da saat 22:00-də görüşəcək.