FİFA Boliviya milli komandasını cəzalandırıb. Sportnet.az-ın məlumatıan görə. bu haqda məlumat verən qurumun rəsmi saytı həmin yığmanın Peru (2:0) və Çili yığmaları (0:0) ilə 2018-ci il dünya çempionatının seçmə mərhələsindəki oyunlara görə texniki məğlubiyyətlər verib.
Buna səbəb müdafiəçi Nelson Kabreranın bu milli komandada oynamaq hüququnun olmamasıdır. O, FİFA-nın qaydalarına uyğun olmayaraq milliləşdirilib və Peruyla ev, Çili ilə səfərdəki matçda meydana çıxıb. Boliviya millisi texniki məğlubiyyətlər almaqla yanaşı, 12 min İsveçrə frankı məbləğində cərimələnib.